Konteyə o da lazım olmadı

13.08.2022 21:27 344
Dünya futbolu
“Tottenhem”i bu yay daha bir futbolçu tərk edib.

"Football-plus.az" xəbər verir ki, Tanqi Ndombele baş məşqçi Antonio Konteyə lazım olmayıb. Yarımmüdafiəçi “Napoli”yə icarəyə verilib. Xatırladaq ki, fransalı futbolçu ötən mövsümün ikinci yarısını bu statusla “Lion”da keçirmişdi. “Tottenhem” Tanqini 2019-cu ilin yayında Fransa klubundan 60+10 milyon avroya transfer etdiyini də bildirək. “Napoli”nin gələn yay onun transfer hüququna sahib olmaq imkanı var.