Argentinalı futbolçu Konteyə lazım olmadı

31.05.2022 20:53 382
Dünya futbolu
Covani Lo Çelso “Vilyarreal”dakı çıxışını davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Antonio Konte onu geri qaytarmaq istəməyib. İspaniya klubu xidmətindən son mövsümün ikinci yarısında istifadə etdiyi Argentinalı futbolçunun transfer hüququna sahib olmaq qərarına gəlib. Jurnalist Nikolo Skira klubların 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılaşmaya yaxın olduqlarını xəbər verib. Yeri gəlmişkən, bir müddət əvvəl “Tottenhem”in Covaniyə görə 20 milyon avro tələb etməsi ilə bağlı məlumat yayılmışdı.