"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ferentsvaroş"la cavab oyunu üçün Macarıstana yollanıb.
"Football-plus.az" xəbər verir ki, "atlılar"ı paytaxt Budapeştə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.
Kapitan Maksim Medvedev və Kevin Medina zədə səbəbindən səfərə aparılmayıb.
Saat 20.40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21.00-da isə matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.
Avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü saat 22.00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.