''Sevilya'' ''Qalatasaray''dan əl çəkmək istəmir. Əndəlüs təmsilçisi Markaonun ardından ciddi şəkildə indi də Viktor Nelssonu transfer etmək istəyir.
Football-plus.az xəbər verir ki, ispanların 10 və 13 milyon avroluq ilk iki təklifi istanbullular tərəfindən geri çevrilib. ''Sevilya'' bu dəfə məbləği 18 milyon avroya yüksəldərək 3-cü dəfə ''Cim-Bom''un qapısını döyməyə hazırlaşır.
Maraqlıdı ki, hazırda ''Sevilya''da ''Qalatasaray''ın 3 sabiq futbolçusu çıxış edir. Markao və Fernando Regesdən başqa ispanlar bu yaxınlarda Aleks Telyesi də ''Mançester Yunayted''dən icarəyə götürüblər. Telyes İstanbul nəhəngində 2014-16-cı illərdə forma geyib. Nelssonun keçidi də baş tutsa, ''Sevilya''da sabiq ''Qalatasaray''lıların sayı 4-ə yüksələcək.