"Sevilya" onunla yollarını ayıra bilər

1.06.2022 19:35 501
Dünya futbolu
"Sevilya"nın argentinalı yarımmüdafiəçisi Lukas Okampos komandanı tərk edə bilər.

"Football-plus.az" xəbər verir ki, klub yay transfer pəncərəsində təklif gələcəyi təqdirdə 27 yaşlı futbolçunu buraxmağa hazırdır. Əndəlüs təmsilçisinə 30 milyon avroluq təklif gəlsə, Okampos komandanı tərk edəcək.

Argentina millisinin üzvünün "Sevilya" ilə müqaviləsinin müddəti 2024-cü ildə sona çatır.

Qeyd edək ki, 2019-cu ildə "Marsel"dən transfer olunan oyunçu son mövsüm La Liqada 30 matçda 6 qol, 4 asisst ilə yadda qalıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul