"Sevilya" braziliyalını transfer etdi

11.07.2022 21:37 446
Dünya futbolu
“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, La Liqa təmsilçisi “Qalatasaray”dan Markaonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İstanbul klubu Markaonun satışından bonuslarla birlikdə 15 milyon avro qazanacaq.