"Neftçi"nin baş məşqçiləri tarixin rəmzi komandasında

30.05.2022 18:11 552
İdman
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) SSRİ futbol tarixinin rəmzi komandasını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, "11-lik"də "Neftçi"nin sabiq baş məşqçiləri Anatoli Demyanenko və İqor Netto da yer alıblar.

Rəmzi komanda belədi:

Qapıçı: Lev Yaşin

Müdafiəçilər: Vladimir Bessonov, Albert Şesternyov, Murtaz Xurtsilava, Anatoli Demyanenko

Yarımmüdafiəçilər: Valeri Voronin, İqor Netto

Hücumçular: İqor Çislenko, Eduard Streltsov, Oleq Bloxin, Qrigori Fedotov

Qeyd edək ki, Netto 1979-cu ildə, Demyanenko isə 2008-ci ildə "Neftçi"yə rəhbərlik edib.