"Qarabağ"ın rəqibi Bakıda bu məkanı seçdi

30.07.2022 15:10 603
Ölkə futbolu / Manşet
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşacaq.

Macarıstan təmsilçisiylə ilk oyun avqustun 3-də Bakıda keçiriləcək. Görəsən, nə vaxt gəlir?

"Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Rəqib avqustun 2-də Bakıya gələcək. Qonaqlar "Hyatt Regency" otelində məskunlaşacaq".