Kot d’İvuar yığmasının sabiq hücumçusu aprelin 23-də keçiriləcək seçkidə daha 5 namizədlə mübarizə aparacaq. Federasiyanın yaydığı məlumatda belə deyilir:
“Federasiyasının prezidenti vəzifəsinə namizədlərin ərizələrinin qəbulu prosesi sona çatıb. Altı namizəd qeydə alınıb. Onlar Yatte Ellele Jan-Batist, Arnaud Aka, Loran Kouaku, İdris Diallo, Sori Diabate və Didye Droqbadı”.
45 yaşlı Droqba futbolçu karyerasını 2018-ci ildə başa vurub. O, Kot d’İvuar yığmasında 2002-14-cü illərdə 105 oyun keçirib və 65 qol vurub.

