"Neftçi"nin potensial rəqiblərinin görüşündə 2 qol - VİDEO

5.08.2022 10:40 378
Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

Football-plus.az
xəbər verir ki, “Neftçi”nin pley-offdakı potensial rəqibləri arasında oyun keçirilib.

Lixtenşteyndə “Vaduts” Türkiyə “Konyaspor”unu qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Komandalar arasında cavab oyunu avqustun 11-də Türkiyədə təşkil olunacaq. Cütün qalibi pley-offda “Neftçi” – “Rapid” duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, pley-offun matçları avqustun 18-də və 25-də keçiriləcək.