"Səfərə gedib, öz oyunumuzu oynayacağıq" - Regekampf

4.08.2022 23:21 409
Konfrans Liqası
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Rapid"i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, "CBC Sport"a danışan rumıniyalı mütəxəssis 2:1 hesabıyla başa çatan görüşü belə şərh edib:

"Son saniyələrdə qol buraxmaq üzücüdü. Səmimi olmaq lazımdı. Bizim üçün heç nə dəyişmir. Səfərə gedib, öz oyunumuzu oynayacağıq. Çalışacağıq ki, qələbə qazanaq.

Yavaş-yavaş artırırıq. Çox yaxşı oynadıq və 100 faizlik qol epizodlarından da yararlana bilmədik. Nəticədən və oyundan razıyam".