“Neftçi” Konfrans Liqasının 2-c təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprin “Aris” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Football-plus.az klubun saytına istinadən xəbər verir ki, siyahıda 23 futbolçu yer alıb:
qapıçılar - 1.İvan Brkiç, 30.Aqil Məmmədov, 93.Rza Cəfərov;
müdafiəçilər - 3.Mamadu Mboc, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 26.Ömər Buludov, 82.Rüfət Abbasov;
yarımmüdafiəçilər - 5.Kenni Sayef, 7.Azər Əliyev, 8.Emin Mahmudov, 10.Sezar Meza Kolli, 14.Eddi İsrafilov, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 23.Ataa Caber, 24.Yusuf Laval, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli;
Hücumçu - 11.Qodsvey Donyo.
Bu komandalar arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21.30-da “AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21.00-da “Bakcell Arena”da keçiriləcək.