• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo “Mançester Yunayted”dən hansı şərtlərlə ayrıla bilər? - TƏHLİL

Manşet / Yazarlar

8-07-2022, 16:0

Kriştiano Ronaldonun bu yay “Mançester Yunayted”dən ayrılmaq ehtimalı getdikcə artır.

Son günlər başverənlər və yayılan xəbərlər belə düşünməyə əsas verir. Əsas odu ki, futbol ulduzu son bir ildə iş yerini ikinci dəfə dəyişməkdə qərarlıdı.

Bugünlərdə 37 yaşlı hücumçunun klub rəhbərliyindən əlverişli təklif gələcəyi halda onu satmağı xahiş etdiyi barədə xəbər yayılmışdı. Ötən ilin avqustunda “Yuventus”dan ayrılan ulduz futbolçu üç il şərəfini qoruduğu turinlilərlə Çempionlar Liqasında 1/4 finaldan uzağa gedə bilməmişdi. Məlum məsələdi ki, bu turnirdə qələbə portuqaliyalının indiyədək 5 dəfə sahib çıxdığı “Qızıl top”u praktiki olaraq qazanması deməkdi. Lakin “Yuventus”un son illər ÇL-də uğursuzluq zolağından çıxa bilməməsi onu bir il əvvəl sabiq klubuna qayıtmağa vadar etmişdi. MY isə ötən mövsüm İtaliya nəhəngi ilə müqayisədə daha zəif nəticə göstərdi: premyer-liqada 6-cı yeri tutdu. İngiltərə mənbələri Ronaldonun peşəkar karyerasının sonu yaxınlaşdığı üçün yenə ÇL-də oynamaq istədiyini vurğulayır. Onun komandası isə Avropa Liqasında çıxış edəcək...

Daha əvvəl Kriştianonun rəhbərliyin sönük transfer fəaliyyətindən narazı olduğu üçün MY-ni tərk etməyi düşündüyü iddia edilmişdi. Lakin indi məsələ daha da konkretləşib: dünya şöhrətli futbolçu AL-i səviyyəsinə və nüfuzuna uyğun turnir saymır! Deməli, nəyin bahasına olur-olsun, ÇL-də iddialı sayılan klublardan birinə keçməyə can atır.

O, yeni mövsümün hazırlıq prosesinə mankunianlarla başlamaq istəmir. Belə baxanda doğru düşünür. Bu ay, ya da avqustda komandasını dəyişəcəksə, MY ilə, özü də fərqli oyun üslubuna üsünlük verən yeni məşqçi Erik ten Haqın başçılığı altında növbəti mövsümə hazırlaşmağın nə mənası var? Fakt budu ki, Kriştiano komandanın ardıcıl 3-cü məşqini buraxıb! “Goal News”un məlumatına görə, rəhbərlik hələ də hücumçunun komanda ilə birlikdə Taylanddakı toplanışa getmək istəyib-istəmədiyini bilmir. Xəbərdə o da qeyd olunur ki, Ronaldo formasını qorumaq üçün Portuqaliya yığmasının Lissabondakı təlim-məşq bazasında məşq edir. Halbuki bazar ertəsi klubun yaydığı məlumatda futbolçunun məşqdən yayınmasının ailə vəziyyəti ilə bağlı olduğu bildirilmişdi...

Son mövsüm “Yunayted”in formasında bütün turnirlərdə 38 oyunda iştirak edən, 24 qol vurub 3 məhsuldar ötürmə edən futbolçunun komandadan bu şəkildə yayınması klubun başbilənlərini narahat etməyə bilməz. Əlbəttə, müasir futbolda getmək istəyən oyunçunu, özü də Ronaldonu məcburən komandada saxlamaq həm çox müşkül, həm də lazımsız məsələdi. MY rəhbərliyi bunu çox yaxşı anlayır. ESPN-nin yaydığı xəbərə görə, klub onu yalnız iki şərtlə sata bilər. Bunun üçün əvvəlcə Kriştianonu İngiltərədən olmayan klub istəməlidi. İkinci şərt isə həmin klubun portuqaliyalıya həftəyə 500 min funt sterlinq qazandıran müqaviləsinin son 12 aylıq xərclərini ödəməyə hazır olmasıyla bağlıdı. Ulduz futbolçu yalnız bu şərtlər əsasında satıla bilər.
Yeri gəlmişkən, “Bild” qəzeti Ronaldonun “Bavariya”ya keçməməsinə səbəb olan amilləri oxucularının diqqətinə çatdırıb. Hücumçunun Münhen klubuna getməməsinin iki ciddi səbəbi var. Bunlardan biri onu yüksək maaşla təmin etməyin qaçılmaz olmasıdı. Digər səbəb isə Kriştianonun oyun üslubu ilə bağlıdı: onun “Bavariya”nın baş məşqisi Yulian Naqelsmannın pressinq sisteminə uyğunlaşması, demək olar ki, qeyri-mümkündü. Səbəbkarın adı doğma klubu “Sportinq”, “Roma” və hətta “Yuventus”la da birgə hallanır. Lakin onun bu klubların sıralarında görünmək ehtimalı azdı. Bu arada Ronaldonun “Barselona”ya transfer oluna biləcəyi haqda iddia ortaya atılıb. “As” qəzetinin yaydığı xəbərdə onun agenti Jorje Mendeşin “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşdüyü bildirilib. Deyilənə görə, tərəflər futbolçunun gələcəyi ilə bağlı müzakirə aparıblar. İspaniya qəzeti kataloniyalıların “Bavariya”dan Robert Levandovskini transfer edə bilməyəcəyi halda Ronaldonu sıralarına qatmağa çalışacaqlarını ehtimal edir. Amma populyar idman nəşri bir maraqlı məqamı da vurğulayır. Laportanın Mendeşlə görüşməsi “Bavariya” üçün təzyiq vasitəsi rolunu oynaya bilər. Belə ki, Levandovskiyə görə “Barselona”nın artıq üç təklifini geri çevirən Almaniya nəhəngi polşalı hücumçusunun əvəzində daha çox, deyilənə görə, bonuslarla birlikdə 60 milyon avro qazanmaq istəyir. Bu tələbi həddən artıq sayan İspaniya klubu Robertin transferindən vaz keçərsə, münhenlilər inadla “Barsa”ya can atan futbolçu ilə bir ildən sonra heç nə qazanmadan vidalaşacaqlar.

İndiki məqamda Ronaldo üçün “Çelsi” variantı daha real görünür. London klubunu çalışdıran Tomas Tuxel onun çoxdankı pərəstişkarıdı. Alman mütəxəssis hələ ki, mümkün transferi klubun yeni həmsahibi Todd Boeli ilə müzakirə etməyib. Boeli isə baş məşqçinin razılığı olmadan heç bir transferi həyata keçirməyəcəyini bildirib. Deyilənə görə, Kriştiano ÇL-dəki qollarının sayını artırmaq üçün “Çelsi”yə qoşulmağa razıdı. Hətta məvacibinin əhəmiyyətli dərəcədə azaldılmasına da hazırdı. Amma bu da var ki, MY oyunçusunu premyer-liqadakı əsas rəqiblərindən birinə satmaq istəmir. Satmağa məcbur olacağı halda paytaxt klubundan nə qədər təzminat istəyəcəyi, həmçinin səbəbkarın maaş və bonuslarla bağlı məsələsi də londonluları düşündürən suallardı.

Reaksiya:

Xuan Laporta, “Barselona”nın prezidenti: “Doğrudu, Mendeşlə birgə nahar etmişəm. Mən heç nəyi istisna etməyəcəyəm, bu, bizim maraqlarımıza uyğun gəlmir. Mendeşin nə dediyini dəqiqləşdirməyəcəyəm. Onunla həmişə ünsiyyət qurmaqda maraqlıyam. Mendeş mənə transfer bazarındakı mövcud vəziyyətdən danışıb”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-07-2022, 17:0

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Dünya futbolu

5-07-2022, 12:0

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Dünya futbolu

7-07-2022, 16:0

Ronaldo yenə "Mançester Yunayted"in məşqinə qatılmadı

Dünya futbolu

28-06-2022, 16:0

"İnter" Ronaldonun təklifini rədd etdi

Dünya futbolu

17-06-2022, 18:0

Ronaldo "Yunayted"dən ayrıla bilər

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə