"Qarabağ" Macarıstana "casus" göndərəcək? - RƏSMİ AÇIQLAMA

30.07.2022 18:28 793
Çempionlar Liqası
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq  "Ferentsvaroş" əvvəlcə ölkə çempionatında oyuna çıxacaq.

Görəsən, Ağdam təmsilçisindən kimsə rəqibin oyununu canlı izləmək üçün Macarıstana gedəcək?

"Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Bəli, rəqib bizimlə matçdan öncə Macarıstan çempionatında oyuna çıxacaq. Amma klubdan heç kim qarşılaşmanı izləməyə getməyəcək".


Xatırladaq ki, "Ferençvaroş" Macarıstan çempionatının 1-ci turu çərçivəsində doğma meydanda "Puşkaş Akademi" ilə qarşılaşacaq.  

ABDULLA İSMAYILOĞLU