Yenidən İngiltərədə çıxış edəcək

7.09.2026 23:40 18
Dünya futbolu
Ceymi Vardi karyerasını “Bernli”də davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, çempionşip təmsilçisi 39 yaşlı hücumçunun transferini rəsmən açıqlayıb. İngiltərəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.

“Lester”lə İngiltərə çempionu olan Vardi ötən mövsümü İtaliyanın “Kremoneze” klubunda keçirib. Ötən mövsüm premyer-liqanı tərk edən “Bernli” isə hazırda çempionşipdə 5 turdan sonra 2 xalla sonuncu - 24-cü yeri tutur.