Kilian Mbappe ilə bağlı maraqlı faktın üstü açılıb. Fransada “Real”ın hücumçusunun oğurlanmasına və ona hücum etməyə hazırlaşdığı iddia olunan şəxs saxlanılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə “The Touchline” nəşrinin yaydığı məlumata görə, saxlanılan şəxs 18 yaşı var. Onun baş tutmayan cinayətdə şərikləri olub. Xəbərdə onların bir neçə tanınmış şəxsi oğurlamağı planlaşdırdıqları qeyd edilib.
Kilian “Real”da 2024-cü ilin yayından çıxış edir. Ulduz futbolçu İspaniyaya yollanmazdan əvvəl vətəni Fransada PSJ və “Monako”nun formasını geyib.
Mbappeni qaçırmaq istəyiblər
Dünya futbolu






