Yayda “Karvan-Yevlax”la müqaviləsinin müddəti bitən, karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, “Zirə” və “Qaradağ Lökbatan” kimi klubların formasını geyən Araz Abdullayevin bəzi təklifləri dəyərləndirdiyini daha öncə xəbər vermişdik.
34 yaşlı yarımmüdafiəçinin vaxtı azdı. Axı ölkəmizdə “transfer pəncərəsi” sentyabrın 10-u, saat 23.59-da bağlanacaq.
Məsələ ilə bağlı yenidən Araz Abdullayevlə əlaqə saxladıq. Futbolçudan əldə etdiyimiz məlumata görə, hələ ki heç bir klubla razılığa gəlməyib. Hətta Araz qışa qədər yaşıl meydanlardan kənarda qalmaq ehtimalını da istisna etmədi.
İSRAYIL XEYRULLAYEV
Araz Abdullayev qışa qədər oynamayacaq?
Ölkə futbolu






