Türkiyə çempionatında yeni mövsümün ilk iki turunun təqvimində müəyyən dəyişikliklər edilib. Bu məlumatı Türkiyə Futbol Federasiyasının saytı yayıb. Dəyişikliklər ''Fənərbaxça''nın mübarizəni AL-də davam etdirəcək olması üzündən baş verib. ''Fənər'' ''Slovatsko''ya qarşı ilk oyunu avqustun 4-də keçirəcək. Bu üzdən komandanın avqustun 5-də 1-ci tur çərçivəsində ''Ümraniyəspor''a qarşı oyunu avqustun 8-nə keçirilib. Eləcə də komandanın 2-ci turda avqustun 13-də nəzərdə tutulan ''Kasımpaşa'' ilə görüşü avqustun 15-nə keçirilib. Bu dəyişikliklərlə əlaqəli olaraq başqa yerdəyişmələr də baş verib. Avqustun 5-də ''İstanbulspor'' ilə ''Trabzonspor'' arasında oynanılacaq mövsümün açılış oyununun başlama saatı yerli vaxtla 19.15-dən 21.00-a dəyişdirilib. Bundan başqa avqustun 15-də oynanılmalı olan ''Qalatasaray'' - ''Girəsunspor'' qarşılaşması avqustun 13-nə keçirilib.