"Kiçik amillər uğurumuza mane olur" - "Sürix"in baş məşqçisi

28.07.2022 09:37 606
Çempionlar Liqası
“Sürix”in baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra mətbuat konfransı keçirilib.

"Football-plus.az" xəbər verir ki, alman mütəxəssis 2:2 hesabıyla başa çatan matç haqda bunları deyib:

“Doğma azarkeşlərimiz önündə oyunu çevirməyi bacardıq. Hətta hesab 2:1 olduqdan sonra əlavə vaxtda da üstünlük bizim tərəfimizdə idi. Amma irəli çıxarkən sadə top itkisi nəticəsində əks-hücumdan qol buraxdıq. Bu, yolverilməz səhvdi.

Oyunçulara xüsusi olaraq deyirdim ki, meydanın özümüzə aid hissəsində top itkisi sürətli-əks hücuma yol açır, bu vəziyyətlərdə diqqətli olmalıyıq. Bu baxımdan özümüzü düzgün idarə etmədik, pis müdafiə olunduq. Hər oyunda kiçik amillər uğurumuza mane olur. Bu dəfə də belə oldu. Bu qədər asan qol buraxmamalısan. Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik”.


“Qarabağ” iki oyunun nəticəsinə görə “Sürix” mübarizədən kənarlaşdırıb – 3:2, 2:2.