"Sürix"lə bağlı "Qarabağ"ı sevindirən fakt!

26.07.2022 00:41 961
Aktual / Manşet
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" üçün ikinci matç öncəsi statistika heç də ürəkaçan deyil.

Football-plus.az xəbər verir ki, buna qədər avrokubokların pley-offunda ilk oyunda 22 dəfə uduzan İsveçrə klubu heç vaxt geridönüş edə bilməyib.

"Sürix" birinci qarşılaşmada məğlub olandan sonra cavab görüşlərində 12 dəfə meydanı başıaşağı tərk edib, 6 dəfə qalib gəlsə də, yekun hesab mərhələni adlamaq üçün kifayət etməyib. 3 dəfə isə heç-heçəyə razılaşıb.

İsveçrəlilər daha 1 dəfə cavab oyununda ilk matçda uduzduqları hesabla qələbə qazansalar da, əlavə vaxtdan sonra mübarizəni dayandırıblar.

Rəşad Yusifov