İki idman obyektinə rəhbər axtarılır

27.07.2022 13:38 374
İdman
Gənclər və İdman Nazirliyi iki idman obyektində direktor vəzifəsi üzrə işə qəbul elan edib.

Football-plus.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Bakı şəhərində yerləşən Respublika Şahmat Mərkəzidi.

55 yaşadək olan namizədlərdən idman sahəsində 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər sənədləri avqustun 4-dək müvafiq ünvana göndərməlidir.