Nazirlik bu idman obyektlərinə direktorlar axtarır - RƏSMİ

16.03.2022 14:55 345
Maraqlı
Gənclər və İdman Nazirliyi İmişli ilə Tərtərdəki Olimpiya İdman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.

Qurumun rəsmi "feysbuk" səhifəsinin məlumatına görə, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidi.