Azərbaycan birinciliyində ilk günün qalibləri bəlli oldu

7.05.2022 10:33 581
İdman
Dünən yeniyetmələr (U-15) arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

"Football-plus.az" xəbər verir ki, ilk yarış günündə həm qızlar, həm də oğlanlar arasında 3 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar arasında mükafatçılar bəlli olub.

3 gün davam edəcək turnirdə Azərbaycanın müxtəlif bölgələrindən 650-yə yaxın cüdoçu iştirak edir.

İlk günün qaliblərinin siyahısını təqdim edirik:

Qızlar

-28 kq

Sunay Salamova – Neftçi Ağsu İdman Klubu
Fatimə Xairova – 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi
Əzizə Mikayılova – Şuşa İdman Klubu
Leyla Cəfərli – Sabirabad şəhəri
-40 kq

Dərya Bıkova – Respublika Kompleks İdman Məktəbi
Aynişan Rəcəbova – Bərdə rayonu
Zilan Hüseynli – Şağan Olimpiya İdman Kompleksi
Xədicə Abdullayeva – Çempion 74 İdman Klubu
-52 kq

Aysun Məmmədova – Neftçi İdman Klubu
Xədicə Allahverdiyeva – Tovuz Gənclər Evi
Nərmin Qocayeva – Qax rayonu
Milena Hüseynli – İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri
Oğlanlar

-34 kq

Rza Xəlilli – Respublika Olimpiya İdman Liseyi
Turan Ayvazlı – Respublika Kompleks İdman Məktəbi
Elmir Mirzəyev – Respublika Olimpiya İdman Liseyi
Nihat Movlazadə – Mingəçevir şəhəri
-46 kq

Röyal Qayıbov – Qobustan rayonu
İlkin Qarayev – Gəncə şəhəri 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbi
Abdullah Kərimov – Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi
Yusuf Əliyev – 10 nömrəli Uşaq Gənclər İdman Məktəbi
-60 kq

Yusif Abbasov – 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
Dövlət Şahbazov – Neftçi İdman Klubu
Əhliman İsmayılov – 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
Nicat Bayramov – 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi