"Qarabağ"ın rəqibi heç-heçə etdi

23.07.2022 22:52 493
Dünya futbolu
İsveçrə çempionatında II turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqası 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" doğma meydanda "Lütsern"i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Sürix"i 3:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 27 iyul tarixində İsveçrədə baş tutacaq.