Əliyar Ağayev UEFA-nın kursuna dəvət edildi

25.07.2022 23:26 418
Ölkə futbolu
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarında iştirak edəcək.

"Football-plus.az" “law5-theref”ə istinadən xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslara dəvət olunan hakimlər sırasında Ə.Ağayev də var.

Qeyd edək ki, 36 hakimin yer aldığı yay kursları iyulun 29-dək davam edəcək.