“Barselona” polşalı hücumçu Robert Levandovski ilə rəsmi müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı forvardla sözləşmənin müddəti 4 illikdi. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub Levandovskinin sərbəstqalma məbləğini 500 milyon avro müəyyənləşdirib. Hücumçu komandan ABŞ toplanışına qoşulub.
Qeyd edək ki, forvardın son klubu Almaniya “Bavariya”sı olub.
"Barselona" Levandovski ilə müqavilə bağladı
Dünya futbolu




