"Bavariya" Levandovskini onunla əvəz edə bilər

10.06.2022 23:47 430
Dünya futbolu
"Bavariya" komandadan ayrılmaq istəyən Robert Levandovskinin yerini kiminlə dolduracağını qərarlaşdırıb.

"Football-plus,az" Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Tottenhem"in hücumçusu Harri Keyn ilə maraqlanır. Klub rəsmiləri İngiltərə millisinin üzvünün polşalı oyunçunu layiqincə əvəzləyəcəyini düşünür.

28 yaşlı oyunçu 2011-ci ildən çıxış etdiyi London klubunda 379 oyunda 247 qolla yadda qalıb.

Qeyd edək ki, Levandovskinin Almaniya klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. 33 yaşlı futbolçu "Barselona"ya keçmək istəyir.