"Sabah" "Səbail"ə qarşı - YENİLƏNİR

14.07.2022 10:52 412
Ölkə futbolu
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxacaq.

"Football-plus az" xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 19.00-da başlayacaq.

"Sabah" ilk sınaq matçında "Sumqayıt"a uduzub - 1:2. "Səbail" isə "Kəpəz"i məğlub edib - 3:1.