"Qarabağ" UEFA reytinqində gerilədi

18.03.2022 14:11 839
Manşet / Avrokuboklar
Avrokuboklarda 1/8 final mərhələsinin görüşləri keçirilib.

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan görüşlərdən sonra klubların UEFA reytinqi açıqlanıb. Görüşlərin nətiəcələrinə görə, siyahıda dəyişiklər olub. Ölkəmizin Avropadakı ən yaxşı təmsilçisi “Qarabağ” öz mövqeyini itirib. Hesabında 25,000 əmsal olan Qurban Qurbanovun komandası 63-65-ci yerlərdə qərarlaşıb. Ağdam klubu PAOK (Yunanıstan) və “İstanbul BB” (Türkiyə) ilə şərikdi.

“Qarabağ”ın bir pillə geriləməsinə “Monako” səbəb olub. Fransa təmsilçisi Avropa Liqasında “Braqa” ilə heç-heçə edib – 1:1. Nəticədə “Knyazlıq klubu” təmsilçimizi arxada qoyub.

Konfrans Liqasında “Gent”ə qalib gələn PAOK isə “Qarabağ”a çatıb. Yunanıstan təmsilçisi 1/4 finalda oynayacağından daha da irəliləmək şansını da qoruyur.
Qeyd edək ki, siyahıya 137,000 əmsalla “Bavariya” başçılıq edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul