"Qarabağ" türkiyəli məşhur futbolçunu transfer edir

20.07.2022 00:28 1 332
Premyer-liqa / Günün xəbəri
"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi türkiyəli yarımmüdafiəçi Alper Potukla yaxından maraqlanır.

Bu məlumatı türkiyəli jurnalist Yavuz Sabunçuoğlu öz şəxsi "tvitter" hesabında paylaşıb. Türkiyəli həmkarımız bildirib ki, Ağdam təmsilçisi 31 yaşlı futbolçuya rəsmi təklif göndərib.

Qeyd edək ki, Alper ötən mövsümü "Rizəspor"da keçirib. Türkiyə millisində 16 matça çıxmış futbolçu "Əskişəhərspor", "Fənərbaxça" və "Ankaragücü" kimi klublarda top qovub.