Tanınmış türkiyəli forvard Mövlud Ərdincin yeni klubunun adına aydınlıq gəlib.
35 yaşlı futbolçu yeni mövsümü Fransa təmsilçisi ''Rasinq Bezanson''da keçirəcək. Bu klub ötən mövsüm 5-ci divizionda çempion olduğundan yeni mövsümdə 4-cü divizionda çıxış edəcək. Qeyd edək ki, Fransada doğulan və daha öncə ''Soşo'', PSJ, ''Renn'', ''Sent-Etyen''in şərəfini qoruyan Mövlud 2017-dən bu yana karyerasını Türkiyədə davam etdirirdi. ''İstanbul BŞ'', ''Antalyaspor'', ''Fənərbaxça'', ''Fatih Karagümrük'' və ''Kocaelispor''un ardından o ən son ''Ümraniyəspor''da top qovmuşdu. Amma elitaya yüksələn bu komanda təcrübəli futbolçunun xidmətinə ehtiyac duymayıb. Peşəkar karyerası ərzində 500-dən çox oyun keçirən Mövlud Türkiyə yığmasında isə 35 oyuna çıxaraq 8 qol vurub.