"Yuventus" "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonu transfer etmək istəyir.
"Football-plus.az" İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 30 futbolçu üçün pul ödəmək niyyətində deyil. "Ağ-qaralar" Jorjinyonun əvəzində "Çelsi"yə Merih Demiralı təklif edib.
Londonlular bu təklifə isti yanaşır. "Zadəganlar"ın baş məşqçisi Tomas Tuxel klubla 1 illik müqaviləsi qalan oyunçunun əvəzinə türkiyəli müdafiəçini heyətinə qatmağa razıdır. Merih Demiralın gənc olması və yüksək potensialı almaniyalı mütəxəssisin keçidə razılıq verməsinin səbəbidi.