Yerli mətbuatda yayılan xəbərlərə görə, futbolçu özü də Ağdam təmsilçisində oynamaq istəyir. Hətta menecerlərindən klubun ona ciddi maraq göstərib-göstərməmədiyini öyrənmələrini xahiş edib. "Köhlən atlar" da Ruslanla maraqlanıb. Vaxtilə U-19 yığmamızda çıxış edən 21 yaşlı yarımmüdafiəçinin "Qarabağ"a keçidi son anda baş tutmayıb.
Məlumatı dəqiqləşdirmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
"Hazırda danışıq apardığımız, ortaq məxrəcə gəldiyimiz, ümumiyyətlə, təklif göndərdiyimiz futbolçu yoxdu. Transfer çalışmalarında, sadəcə, təklif olunan futbolçuların izlənilməsi mərhələsidi. Yaxından izləyirik. Amma heç bir futbolçuya rəsmi təklif göndərməmişik. Bu xəbər həqiqəti əks etdirmir".
GÜNAY VƏLİYEVA
