Millimizin Sloveniya toplanışı başladı

19.07.2022 23:20 382
İdman
İslam Həmrəyliyi Oyunlarına və AÇ-2023-ün təsnifat mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyada təlim-məşq toplanışına start verib.

Football-plus.az xəbər verir ki, hazırlığın ilk günü - iyulun 19-da doğum günü olan yığmanın meneceri Səbinə Babayeva sürprizlə qarşılaşıb.

Voleybolçular və məşqçilər korpusu onu özlərinə məxsus şəkildə təbrik ediblər.