Millimiz Belarusla qarşılaşacaq

9.07.2022 09:34 349
İdman
2023-cü il Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının növbəti mərhələsi üçün Belarusa yollanıb.

Federasiyadan Football-plus.az-a verilən məlumata görə, milli komanda iyulun 16-dək Minskdə hazırlıq keçəcək.

Voleybolçular burada təlim-məşq toplanışı ilə yanaşı, yerli kollektivlə yoldaşlıq görüşlərində qüvvəsini də sınayacaq.

Qeyd edək ki, Minsk hazırlığından sonra Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir necə yoxlama matçı nəzərdə tutulub.