Abdullaye Ba: "Sabah" ailəsinin üzvü olmaq qürurvericidi"

19.07.2022 16:55 711
Müsahibə
“Sabah” növbəti mövsümə hazırlıqları davam etdirir.

Football-plus.az
xəbər verir ki, "bayquşlar"ın yeni transferlərindən Abdulaye Ba klubun rəsmi saytına müsahibəsində komandaya keçidi, təlim-məşq toplanışı və digər məsələlərlə bağlı fikirlərini bildirib:

–
Burda olmaqdan çox şadam. “Sabah” ailəsinin üzvü olmaq qürur vericidi. Bu, mənim üçün yeni çağırışdı. İnanıram ki, “Sabah”la birlikdə uğurlu mövsüm keçirəcəyəm.


– Artıq bir neçə gündü komanda ilə məşqlərdə iştirak edirsən. İlkin təəssüratların necədi?
– Komanda daxilində çox yaxşı, müsbət atmosfer var. Yeni komandama çox tez uyğunlaşdım. Yeni mövsümdə uğur qazanmaq üçün komandamızın yaxşı potensialı var.

– “Sabah”da əsas məqsədin nədi?
– Əsas istəyim komanda ilə avrokuboklara vəsiqə qazanmaqdı.Bilirəm, bu yolda bizi çətin sınaqlar gözləyir. Lakin mən buna hazıram. İnanıram ki, biz komanda olaraq birlikdə daha güclü olacağıq.

– Sənin böyük qardaşın Samba Ba vaxtilə Azərbaycanda çıxış edib. “Sabah”dan təklif gələndə bu barədə onunla danışdın?
– Bəli, mənim böyük qardaşım Samba Ba vaxtilə Azərbaycanın “Karvan” klubunda oynayıb. Onun Azərbaycanda dostları və yaxşı təcrübəsi var. Buna görə, təklifə cavab vermək mənim üçün asan oldu.

– Sonda komandanın tərəfdarlarına nə demək istərdin?
– Onların məni qarşılamasından çox məmnun oldum. Azarkeşlərimizə demək istərdim ki, onların da dəstəyi ilə yeni mövsümdə hədəflərimizə çatacağımıza inanıram.