"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

5.10.2026 17:33 27
Ölkə futbolu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonunda aparılan renovasiya işləri davam etdiyi üçün "Sumqayıt" qarşıdakı ən azı iki ev oyununu fərqli məkanda keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Komanda rəqiblərini “SOCAR Polymer Arena”da qəbul edəcək.

Misli premyer-liqasının 10-cu turunun "Sumqayıt" - "Şəfa" oyunundan öncə stadiona baxış keçiriləcəyi və vəziyyətə uyğun olaraq qərarlar qəbul olunacağı bildirilib.