Patrik Andradenin yeni klubu bilindi

22.06.2022 09:29 808
Dünya futbolu
Bu yaxınlarda “Qarabağ”dan ayrılan Patrik Andrade karyerasını Serbiyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, məlumatı başda “Teleqraf” nəşri olmaqla bu ölkənin bir neçə saytı yayıb. Kabo-verdeli yarımmüdafiəçinin Belqrad “Partizan”ı ilə azad agent kimi 3 illik müqavilə bağlayacağı bildirilir.

Onun meneceri ilə danışıqların uzun müddət davam etdiyi də bildirilib. Məlumata görə, Andrade bu gün Belqrada gedərək tibbi baxışdan keçəcək, sonra tərəflər arasında müqavilə imzalanacaq.