İqor Akinfeyev Rusiya çempionatında keçirdiyi mövsümlərin sayına görə rekordu təkrarlayıb. ÇSKA-nın qapıçısı premyer-liqanın yeni mövsümünün ilk turunun “Ural” ilə oyununda (2:0) iştirak etməklə Dmitri Loskovun rekorduna şatıb. 2022/23 mövsümü 36 yaşlı Akinfeyev üçün ölkə çempionatında 20-ci olub.
Xatırladaq ki, Loskov rekordu 2107-ci ildə “Lokomotiv”in formasında 43 yaşında sonuncu oyununu keçirməklə müəyyən edib. Sabiq yarımmüdafiəçi karyerası ərzində “Rostselmaş”da və “Saturn”da da oynayıb.