Böyük Britaniya Krallığının Prokurorluq xidməti “Formula-1”in sabiq rəhbəri Berni Ekklstouna qarşı dələduzluq ittihamı irəli sürüb.
Football-plus.az xəbər verir ki, məlumatı “Daily Mail” yayıb. 91 yaşlı Ekklstoun 400 milyon funt sterlinq (472 milyon avro - red) gəlirini vergi orqanlarından gizlədib. Bununla bağlı Böyük Britaniyanın Gəlirlər və Gömrük İdarəsi araşdırma aparıb. İş üzrə ilk məhkəmə iclası avqustun 22-nə təyin edilib.
Yaxınlarda Vladimir Putini dəstəkləməsi ilə bağlı sərsəm açıqlama verən Ekklstounun 2017-ci ildə "Formula-1"dən ayrıldığını da xatırladaq.