“Formula-1”in sabiq rəhbəri Berni Ekklstounun fikrincə, Monako mərhələsinin yerini heç nə tuta bilməz.
Xatırladaq ki, Monte-Karlo küçələri 1955-ci ildən bəri “Formula-1” yarışlarına evsahibliyi edir. Lakin son illərdə əfsanəvi trassın təqvimdən çıxarılacağı ilə bağlı iddialar artır. Bunun əsas səbəbləri maliyyə və yarışın darıxdırıcı keçməsidi. Amma Ekklstoun fərqli düşünür: “Heç kimin Monakonu təqvimdən çıxarmağa cəsarəti yoxdu. Oranın yaxşı və ya pis yarış olması fərq etmir. Ora “Formula-1”in brilyant qaşıdır. Mayamiya baxın. Ora “Formula-1” üçün deyildi.
Elə bil yerli klub yarışırdı. Avtoparka bir neçə yaxta qoyub, oranı Monakoya oxşadırdılar. Monako yarışının təşkilatçıları hələ xoşbəxtdi. Drama uymurlar və özlərinə güvənirlər. Ortada heç bir problem görmürəm”.
Ekklstoundan maraqlı açıqlama
İdman
