Gözlənildiyi kimi, Arturo Vidal “İnter”dən ayrılıb.
Football-plus.az xəbər verir ki, İtaliya klubunun saytının xəbərinə görə, çilili yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Vidal milanlıların sıralarına iki il əvvəl qoşulmuşdu. O, ötən mövsüm “İnter”in heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.
35 yaşlı oyunçunun karyerasını Braziliyada davam etdirəcəyi gözlənilir. Arturonun “Flamenqo” ilə anlaşdığı xəbər verilir.