Lukas yenidən doğma klubunda

8.07.2022 11:12 353
Dünya futbolu
Lukas Leyva son 5 ildə formasını daşıdığı “Latsio”nu tərk edib.

Football-plus.az xəbər verir ki, İtaliya klubu ilə azad agent kimi vidalaşan braziliyalı vətəninə dönüb.

O, 15 ildən sonra yenidən doğma klubunda oynayacaq. 35 yaşlı yarımmüdafiəçinin “Qremio” ilə bağladığı müqavilənin müddəti 2023-cü ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, bu klubu 2007-ci ildə tərk edən Lukas Avropada 10 il “Liverpul”un şərəfini də qoruyub.