AFFA rəsmisi Avopa çempionatının oyunlarına təyinat aldı

3.05.2022 13:36 550
Ölkə futbolu
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

"Football-plus.az" saytının məlumatına görə, qurum rəsmisi 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsinin 6, həmçinin 1/4, yarımfinal və final oyunlarında iş başında olacaq.

​Avropa çempionatının final mərhələsi 16 may-1 iyunda İsraildə təşkil olunacaq.