"Qarabağ"dan azarkeşlərə endirim

12.07.2022 19:01 419
Çempionlar Liqası
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın “Lex”lə cavab oyununa gələcək azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində fəaliyyət göstərəcək Fan-Şopun xüsusi endirimdən yararlana biləcəklər.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bütün məhsullara 40 faiz endirim olacaq.

Bundan əlavə, komandanın ötən mövsüm UEFA Konfrans Liqasında istifadə etdiyi formalar da satışa çıxarılacaq.

"Qarabağ" - "Lex" matçı saat 20.00-da start götürəcək.