"Qarabağ"dan qazilərə jest

11.07.2022 12:29 531
Ölkə futbolu
Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Lex” matçına gələcək azarkeşləri sürpriz gözləyir.

Football-plus.az Ağdam təmsilçisisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun günü 18.30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" qarşılaşması saat 20.00-da start götürəcək.