“Mançester Yunayted”də qadağa

12.07.2022 16:39 380
Dünya futbolu
Erik ten Haq futbolçuların davranışı ilə bağlı qaydaları müəyyən edib.

“Mançester Yunayted”in yeni baş məşqçisi yemək yeyərkən telefondan istifadəni qadağan edib. “The Telegraph” qəzetinin yaydığı xəbərə görə, 52 yaşlı mütəxəssis komanda üzvlərini bu yolla daha da birləşdirmək niyyətindədi. Ona görə də yemək zamanı mobil cihazlardan istifadəni yasaqlayıb.

Niderlandlı mütəxəssis telefondan istifadəni qadağan etməklə oyunçuların bir-biri ilə daha çox ünsiyyət quracağına ümid edir.