"Qəbələ" Rumıniya klubunu məğlub etdi - YENİLƏNİR

12.07.2022 18:54 508
Premyer-liqa
"Qəbələ" Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirir.

Football-plus.az xəbər verir ki, "qırmızı-qaralar" bu gün növbəti yoxlama oyununu keçirib.

Elmar Baxşıyevin komandası Rumıniya təmsilçisi “Çiksereda” ilə qarşılaşıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayıb.

Qeyd edək ki, "Qəbələ" Boludakı ilk matçda “Qaziantep”lə qarşılaşaraq 1:2 hesabı ilə uduzub.

Yoxlama oyunu

12 iyul

17.00. “Qəbələ” – “Çiksereda” (Rumıniya) 2:1

Qeyd edək ki, "Qəbələ"nin qollarını 3-cu dəqiqədə Rövlan Muradov və 52-ci dəqiqədə Asif Məmmədov vurub.