"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football -plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Niderland PSV-sindən Brumanı icarəyə götürüb. Tərəflər 1 illik müqavilə imzalayıb.
Bruma 2013-2016-cı illərdə "Qalatasaray"da çıxış edib.
O, ötən mövsüm PSV-lə 46 oyun keçirib, 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.