"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, "qara qartal" İngiltərə "Vulverhempton"undan Romen Saissi transfer edib. 32 yaşlı müdafiəçi ilə "1+2" illik müqavilə imzalanıb.
2016-cı ildən "canavarlar"ln formasını geyinən mərakeşli futbolçu ötən mövsüm premyer-liqada 31 oyunda 2 qol vurub.